May 06, 2018 20:41 Asia/Baku
  • Bir neçə İŞİD-çi qadın İrana daxil olduqdan sonra onlara hökm verilib
    Bir neçə İŞİD-çi qadın İrana daxil olduqdan sonra onlara hökm verilib

Tehran prokuroru Tehranın inqilab məhkəmələrində 16 İŞİD-çi qadına hökm oxunmasından xəbər verib və deyib: Bu qadınlar terrorçu İŞİD qrupuna dəstək vermək üçün Suriyaya getmişdilər və İrana qayıdarkən həbs olundular.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Tehran prokuroru Abbas Cəfəri Dolətabadi bu qadınların terror aktları törətmək üçün təlimat aldıqlarını bildirərək deyib: İslam İnqilabı Məhkəməsi prokurorluq tərəfindən qaldırılan şikayət əsasında onları, həbs, İŞİD qrupundan əməkhaqqı kimi alınmış 300 milyon tümənin qaytarılması və təkmilləşdirici cəzalara məhkum edib. 

Tehran prokuroru Amerikanın İran İslam Respublikasına qarşı düşmən hərəkətlərinə də münasibət bildirərək deyib: ABŞ dövləti İran İslam Respublikası quruluşuna qarşı inadkar cərəyanlara dəstək vermək yolu ilə İranın regiondakı rolunu məhdudlaşdırmağa cəhd göstərir. 

Teqlər