May 23, 2018 18:53 Asia/Baku
  • Almaniya bankları İranla maliyyə mübadilələrini davam etdirmək istəyirlər
    Almaniya bankları İranla maliyyə mübadilələrini davam etdirmək istəyirlər

Bir alman media ABŞ-ın sanksiyaları xətərinə rəğmən, altı alman bankın İranla ticarət mübadilələrində kreditin təmini üzrə ərizəsindən xəbər verib.

Beynəlxalq Səlahiyyət Mərkəzinin direktoru Patrişia Malfi İrana ixracat həyata keçirən şirkətlərlə bağlı pulköçürmələri və kreditin təmini çərçivəsində "Fuleks Bank", Vurtemberq, Forteshaym, Haylbron, Konstans və Şvartzvald-Dona Nekar banklarının maliyyə dövriyyələrini davam etdirmək qərarlarından xəbər verib.

Bundan öncə də "Hendezblat" adlı iqtisadi qəzet bu mərkəzin İrana ixracat həyata keçirən şirkətlərlə həmkarlığı davam etdirmək qərarından xəbər vermişdi.

Beynəlxalq Səlahiyyət Mərkəzi bankların kredit və maliyyə dövriyyələrindəki səlahiyyətlərini araşdırıb təsdiq edən bir orqandır.

Bu qərar elə bir halda elan olunubdur ki, böyük və beynəlxalq banklar Amerikanın ağır sanksiyalarından nigarandırlar.

Patrişia Malfi deyibdir ki, əgər şirkətlər və banklar Avropa Birliyi və ABŞ standartları ilə fəaliyyət göstərərlərsə, bir hadisə baş verməyəcəkdir.

ABŞ dövləti mayın 8-də nüvə anlaşmasından çıxdığını elan edərək, İranı və onun xarici ticarət şəriklərini ən sərt sanksiyalarla təhdid etdi.

Bu təhdidlərə rəğmən, İranla ticarət və bank mübadilələrinin davam etdirilməsi yollarının araşdırılması istiqamətində Avropa ölkələrində qızğın fəaliyyətlər gedir.

Teqlər