Hindistan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq
Hindistanın Ticarət və Sənaye Palatasının sədr müavini ölkəsinin Tehran ilə ticarət əlaqələrini davam etdirəcəyini və ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacağını deyib.
P.S.Çandhuk şənbə günü İRNA ilə müsahibədə ABŞ-ın bir daha İrana qarşı sanksiyalar tətbiq etməsinə işarə edərək, deyib: Sanksiyaların tətbiq ediləcəyi şəraitdə Hindistan İran ilə ticarət əlaqələrini davam etdirəcək.
Çandhuk ABŞ-ın İrana qarşı sanksiyaların mənfi nəticələri haqda da deyib: Yeni Dehli ABŞ-ın sanksiyalarına əhəmiyyət verməyərək, İranın Çabəhar limanının genişləndirilməsi layihəsindəki iştirakını davam etdirəcək.
İran İslam Respublikası prezidenti Həsən Ruhaninin 15 fevral 2018-ci ildə Hindistana olan 3 günlük səfəri zamanı iki ölkə arasında 15 əməkdaşlıq sənədi imzalanıb.