Laricani: İran Amerikanın düşmənçilikləri qarşısında dayanıbdır
-
Laricani: İran Amerikanın düşmənçilikləri qarşısında dayanıbdır
İran İslam Şurası Məclisinin sədri deyib: Amerika əmin olsun ki, İran xalqı Amerikanın və sionistlərin düşmənçilikləri qarşısında İslam İnqilabının Böyük Rəhbərinin dahiyanə rəhbərliyi altında daha güclü iradə ilə öz yolunu davam etdirəcək.
Əli Laricani İran İslam Şurası Məclisinin bugünkü açıq iclasının əvvəlində ABŞ prezidentinin son anti-İran çıxışı barədə belə əlavə edib: Donald Tramp elə bir halda İrana qarşı ağır sanksiyalardan danışır ki, məsələlərin həlli üçün İran ilə bir növ yeni danışıqların zəruriliyini iddia edibdir.
İran İslam Şurası Məclisinin sədri bildirib ki, siyasət dünyası nəzakətsiz rəftar deyil, aqilanə mübadilə və hesablamalar məkanıdır. O, deyib: Əgər Tramp nüvə anlaşmasını etik və professional öhdəliklərə məhəl qoymadan asanlıqla pozursa, bir kəsin onun iddalarına diqqət yetirməsini gözləyə bilməz.
Amerika prezidenti cümə axşamı günü İrana qarşı misli görünməmiş sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. O, eyni zamanda İranla əhatəli bir anlaşmaya gələcəyinə ümid bəslədiyini bildirib.
Laricani həmçinin sionist rejimin baş nazirinin Avropanı dolanmaqda məqsədinin nüvə anlaşmasından çıxmaqda Avropanı Amerika ilə yanaşı etmək olduğunu bildirib və belə əlavə edib: Terrorçuların İraq və Suriyada məğlub olmaları ilə sionistlər regionda digər bir böhran yaratmaq ardıncadırlar ki, bu rejimin daxili və xarici problemlərini ört-basdır etmiş olsun.
İran İslam Şurası Məclisinin sədri bildirib ki, İran İslam Respublikasının məsul şəxsləri Avropanın zamansız vədlərini gözləməyəcəklər. O, deyib: Əgər Avropa nüvə anlaşmasını qoruya bilərsə, öz qərarını tez bir zamanda və açıq şəkildə elan etməlidir; əks təqdirdə, İran İslam Respublikası istər nüvə, istərsə də digər sahələrdə sonrakı addımları atacaqdır.