Zərif: ABŞ və "İsrail" kimyəvi silahların mənfur kölgəsinin davam etməsində məsuliyyət daşıyırlar
https://azeri.sahartv.ir/news/İran-i315632-zərif_abŞ_və_İsrail_kimyəvi_silahların_mənfur_kölgəsinin_davam_etməsində_məsuliyyət_daşıyırlar
İran xarici işlər naziri İranın şimal-qərbində Sərdəşt şəhərinə kimyəvi hücumun ildönümü münasibəti ilə verdiyi müraciətdə bildirib: İki təcavüzkar və mənfi keçmişi olan ABŞ və İsrail rejimləri regionda kimyəvi silahların mənfur kölgəsinin davam etməsində məsuliyyət daşıyırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 14:49 Asia/Baku
  • Zərif: ABŞ və

İran xarici işlər naziri İranın şimal-qərbində Sərdəşt şəhərinə kimyəvi hücumun ildönümü münasibəti ilə verdiyi müraciətdə bildirib: İki təcavüzkar və mənfi keçmişi olan ABŞ və İsrail rejimləri regionda kimyəvi silahların mənfur kölgəsinin davam etməsində məsuliyyət daşıyırlar.

28 iyun 1987-ci ildə İraqın Bəs rejimi İranın sərhəd Sərdəşt şəhərini kimyəvi bombalarla bombaladı. Bu hücumda 119 sivil şəhid oldu, 8 mindən çox iranlı kimyəvi xəsarət aldı.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü bir müraciətdə beynəlxalq ictimaiyyətin kimyəvi silahlardan irimiqyaslı şəkildə istifadə olunması ilə bağlı vəhşicəsinə hərəkətlə mübarizədə öz vəzifəsini yerinə yetirməli olduğunu bildirərək əlavə edib: Region müstəmləkəçi qüdrətlərin keçmiş yanlışlıqlarının təkrarlanması, İŞİD kimi terror qruplaşmalarının zəhərli maddələr və kimyəvi silahlarla təchiz olunması və ondan Suriya və İraqın daxili proseslərində istifadə olunmasının şahididir.

Zərif ABŞ və sionist rejimin Yaxın Şərqdə kütləvi qırğın silahları olmayan bölgənin yaradılmasına mane olmaqla bölgədə anti-bəşəri silahların mənfur kölgəsinin davam etməsində dünya səviyyəsində məsuliyyət daşıdığını bildirərək əlavə edib: Onlar beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb olunmalıdırlar. Dünya ictimaiyyətinin koordinativ təzyiqi ilə region və dünyanın təhlükəsizliyini hədələyən əsas tərəf kimi sionist rejimin nüvə, bioloji, kimyəvi silahlarının məhv edilməsinə zəmanət vermək olar.