Gürcüstan İran ilə birgə film istehsalını müsbət qarşılayıb
-
Gürcüstan İran ilə birgə film istehsalını müsbət qarşılayıb
Gürcüstan Milli Kino Mərkəzinin rəisi İran və Gürcüstan arasındakı mədəni və tarixi ortaqlıqlara habelə, kino sahəsindəki mövcud potensiallara işarə edərək, deyib: Tiflis İran ilə birgə film istehsalını müsbət qarşılayır.
İRNA-nın verdiyi məlumata görə, Gürcüstan Milli Kino Mərkəzinin rəisi Zurab Maqalaşvili Tiflisdə İran İslam Respublikasının Gürcüstandakı mədəniyyət attaşesi Həmid Müstəfəvi ilə görüşdə deyib: Film sektorunu dəstəkləmək, kino sahəsi üçün uzun müddətli inkişaf strategiyası müəyyən etmək, kino ilə bağlı təlim və təhsilin keyfiyyətini yaxşılaşdırmaq, kino festivalları təşkil etmək və filmlərin ixracatını genişləndirmək birgə əməkdaşlıqlar üçün münasib sahələr ola bilər.
Maqalaşvili Gürcüstanın Milli Kino Mərkəzinin 2018-ci ilin noyabrında İran filmləri festivalının keçirilməsinə hazırlığını elan edərək, deyib: İran və Gürcüstan arasındakı tarixi və mədəni ortaqlıqları habelə, kino sahəsində mövcud olan potensialları nəzərə alaraq, Gürcüstan İran ilə müxtəlif mövzularda birgə film istehsal etməkdə maraqlıdır.
İranın Gürcüstandakı mədəniyyət attaşesi Həmid Müstəfəvi də bu görüşdə İran və Gürcüstan arasındakı mədəni və tarixi ortaqlıqları birgə əməkdaşlıqlar üçün münasib zəmin adlandırıb və deyib: İran kinosu ötən illərdə keyfiyyətli filmlər istehsal etməklə kino dünyasında öz yerini möhkəmləndirib.
Müstəfəvi cari ilin noyabrında Gürcüstanda İran filmləri festivalının keçiriləcəyinə işarə edərək, deyib: Bu festival iki ölkənin kinomatoqrafları və kino sahəsində fəaliyyət göstərən insanları arasında əməkdaşlıqların genişləndirilməsi üçün münasib zəmin sayılır.