İyul 30, 2018 17:59 Asia/Baku
  • Laricani: Düşmənin casusluq xidmətləri İrana zərbə vurmaq istəyirlər
    Laricani: Düşmənin casusluq xidmətləri İrana zərbə vurmaq istəyirlər

İran İslam Şurası Məclisinin sədri deyib: Düşmənin casusluq xidmətləri müxtəlif formalarda İran iqtisadiyyatına zərbə vurmaq istəyirlər.

Əli Laricani bu gün sonra belə söyləyib: Düşmənlər İranın neft satışına və bank əməliyyatlarına maneçilik törətmək niyyətindədirlər.

Laricani əlavə edib: İran İslam Respublikası quruluşu düşmənlərin fitnələri ilə mübarizə üzrə bütün tədbirləri görübdür ki, Amerikanın fitnələrindən irəli gələn iqtisadi təzyiq xalqın üzərinə düşməsin.

ABŞ prezidenti Donald Tramp mayın 8-də İrana qarşı əsassız ittihamları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxdığını, eləcə də qarşıdakı üç aydan altı ayadək İrana qarşı nüvə sanksiyalarının geri dönəcəyini elan etdi.

Amerika dövlət departamentinin siyasət şöbəsinin müdiri Brayan Hook 2018-ci il iyulun ikisində Tramp dövlətinin İran qarşısındakı yeni strategiyasını şərh edərək, bildirdi ki, Amerikanın İrana qarşı sanksiyalarının avtomobilqayırma və qızıla şamil olan yeni mərhələsi 2018-ci il avqustun dördündən, enerji və bank əməliyyatlarına şamil olan sonrakı hissəsi isə cari milad ili noyabrın dördündən icra olunacaqdır.

Teqlər