Laricani ABŞ-ın UNRWA-ya yardımı kəsməsini pisləyib
https://azeri.sahartv.ir/news/İran-i321750-laricani_abŞ_ın_unrwa_ya_yardımı_kəsməsini_pisləyib
İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin sədri birliyə üzv bütün məclislərdən istəyibdir ki, ABŞ-ın UNRWA-ya yardımı kəsməsini pisləmək istiqamətində ciddi mövqe tutsunlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2018 16:18 Asia/Baku
  • Laricani ABŞ-ın UNRWA-ya yardımı kəsməsini pisləyib
    Laricani ABŞ-ın UNRWA-ya yardımı kəsməsini pisləyib

İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin sədri birliyə üzv bütün məclislərdən istəyibdir ki, ABŞ-ın UNRWA-ya yardımı kəsməsini pisləmək istiqamətində ciddi mövqe tutsunlar.

İran parlamentinin sədri və İslami Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin sədri Əli Laricani bir bəyanat yayaraq, Amerika dövlətinin fələstinli didərginlərə yardım və işdüzəltmə agentliyi-UNRWA-ya yardımı kəsməsini BMT BA-nın 1949-cu il 302 saylı qətnaməsinin aşkar şəkildə pozulması, eləcə də sionistlər tərəfindən ev-eşiklərinin işğal edilməsi və əcdadlarının amansızcasına qırğın edilmələri səbəbindən didərgin düşənlərin və mühacirlərin hüquqlarına həyasızcasına təcavüz adlandırıbdır.