Gənc iranlı şahmatçı dünya çempionu olub
https://azeri.sahartv.ir/news/İran-i322884-gənc_iranlı_şahmatçı_dünya_çempionu_olub
İranlı qrossmeyster Pərham Məqsudlu Türkiyədə keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının birinciliyini qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 04:06 Asia/Baku
  • Gənc iranlı şahmatçı dünya çempionu olub

İranlı qrossmeyster Pərham Məqsudlu Türkiyədə keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının birinciliyini qazanıb.

Bu yarışların sonuna bir tur qalmış iranlı qrossmeyster rusiyalı rəqibini məğlub edərək, dünya çempionu olub.

Pərham Məqsudlu on xaldan 9,5 xal toplayıbdır.

18 yaşlı iranlı qrossmeyster bundan öncə 29 ölkədən 129 şahmatçının iştirakı ilə əmirliklərin Şarcə şəhərində keçirilən beynəlxalq şahmat yarışında da çempion adını qazanmışdı.