"Regional təhülkəsizlik dialoqu" iclasının yekun bəyanatı
"Regional təhülkəsizlik dialoqu" adı altında region ölkələrinin təhlükəsizlik rəsmilərinin Tehranda keçirilən ilk iclası bir bəyanatla öz işinə yükun vurub.
"Regional təhülkəsizlik dialoqu" adlı ilk iclas Rusiya, Hindistan, Çin və Əfqanıstanın iştirakı ilə Tehranda keçirildi.
İclasın iştirakçıları yekun bəyanatda terrorizm, narkitik maddələr və xarici müdaxilələrin region ölkələrinin milli təhlükəsizliyini təhdid etdiyini bildirərək xatırladıblar ki, zorakı ifratçılıq və radikalizm terrorizmin ən əsas stimullaşdırıcı qaynaqlarıdır və bu kimi düşüncə və baxış tərzi ilə müxtəlif cəhətlərdən qarşılaşmaq lazımdır.
"Regional təhülkəsizlik dialoqu" adlı iclasın iştirakçıları İraq və Suriyadakı İŞİD terrorçularının Əfqanıstan və Mərkəzi Asiyaya köçürülməsinə toxunaraq terrorçularla mübarizədə koordinasiya edilmiş tədbirlərin həyata keçirilməsinə çağırıblar.
İştirakçı ölkələrin təhlükəsizlik rəsmiləri Əfqanıstanda sülh və stabilliyin bərqərar olunması və bu ölkənin inkişafı və yenidən qurulmasına yardımları dəstəkləyərək terrorizmin ən əsas maliyyə qaynağı olan narkotik maddələrin istehsalı və tranziti ilə mübarizəni vurğulayıblar.
İran, Rusiya, Çin , Hindistan və Əfqanıstan ölkələrinin nümayəndələri iqtisadi və ticarət sahələrində əlaqələrin davam etməsi, mövcud infrastrukturlardan istifadə edilərək və yeni infrasturukturların yaradılması yolu ilə təhlükəsiz tranzit marşrutlarının yaradılmasına təkid ediblər.
Tehran iclasının yekun bəyanatına görə, "Regional təhülkəsizlik dialoqu"-nun illik forma alması və hər il üzv ölkələrdən birində keçirilməsi qərara alınıb.