Okt 04, 2018 13:14 Asia/Baku
  • İrandan NATO baş katibinə cavab

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: NATO-nun baş katibi hər şeydən əvvəl Amerikanın unilateralist və təhlükəli siyasətlərindən və NATO-nun bu üzvünün öz beynəlxalq öhdəliklərinə sadiq qalmamasından nigaran olmalıdır.

NATO-nun baş katibi Yens Stoltenberq dünən iddia edib ki, NATO ölkələri İranın regiondakı səbatsızlaşdırıcı hərəkətlərindən nigarandırlar və bu problemlə mübarizə üçün kəşfiyyat əməkdaşlığı edəcəklər.

Bəhram Qasemi dünən gecə NATO baş katibinin anti-İran sözlərinə cavab olaraq deyib: Özü nəhs terrorizm fenomeninin ən böyük qurbanı olan İran bəzi xas ölkələrin və onların şəriklərinin düzəltdikləri terror qruplarına qarşı təbliğat-nümayişkaranə koalisiyalara rəğmən, İŞİD daxil olmaqla terror qruplarının regiondakı hakimiyyətlərinə son qoymaq sahəsində ən təsirli rol oynayıbdır.

Qasemi deyib: Şübhəsiz, avropalı ölkələrin bir çoxu İranın regionda terrorçuları yatırmaq və aradan götürmək üzrə təsirli mübarizəsinə görə təşəkkür etməlidirlər, nəinki öz təhlükəsizliyinin bərqərarında bu konstruktiv və təsirli siyasətlərə cavab olaraq, yersiz şübhə və suala məruz qalmış olsun.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin NATO baş katibinin İranın raket proqramı barədəki iddiasını rədd edərək, deyib: İran İslam Respublikasının raket proqramı müdafiə və önləyicilik mahiyyətinə malikdir.

Qasemi belə qeyd edib: İran dünyanın bütün müstəqil ölkələri kimi özünü müdaifə etmək üçün adi hərbi-müdafiə proqramlarına malikolma haqqına malikdir və bu kimi yersiz nigarançılıqların ifadə olunmasının İran İslam Respublikasının raket müdafiə proqramı və qüdrətinin qorunması, genişləndirilməsi və artırılması üzrə siyasətinə heç bir təsiri olmayacaqdır.

Teqlər