Okt 20, 2018 14:35 Asia/Baku
  • İrandan Pakistana dəmiryolu ixracatı artıb
    İrandan Pakistana dəmiryolu ixracatı artıb

Ötən altı ay ərzində İranın cənub-şərqindəki Zahidan dəmiryolu xətti vasitəsilə Pakistanın Kvetta şəhərinə əmtəə mal ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə qırx faizdən çox artıbdır.

İranın cənub-şərq dəmiryolu idarəsinin baş müdiri Məcid Ərcuni deyib: Ötən altı ay ərzində İranın Zahidan dəmiryolu xətti vasitəsilə Pakistanın Kvetta şəhərinə 21 min tondan çox əmtəə malı ixrac olunubdur ki, ötən ilin 14 min 700 tonluq ixracatı ilə müqayisədə qırx yeddi faizlik artıma malik olubdur.

Ərcuni bildirib ki, sement, qır, kükürd, kaşı, ruberoid, xurma və qızılgül İranın dəmiryolu xətti ilə Pakistana ixrac olunan başlıca əmtəə mallarıdır. O, əlavə edib: Bu istiqamətdə başlıca idxalat malları küncüt və düyü, həmçinin əsas tranzit malları da xam kükürddür.

Teqlər