Pakistan iranlı sərhədçiləri azad edəcəyinə söz verdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qoşunları komandanı deyib: Pakistan rəsmiləri iranlı sərhədçiləri azad edəcəklərinə dair söz veriblər.
General-mayor Məhəmməd Pakpur çərşənbə axşamı Pakistana olan bir günlük səfərinin sonunda İslamabadda İRİB-yə verdiyi müsahibədə deyib: Pakistanın hərbi və təhlükəsizlik rəsmiləri Mircavə sərhəd məntəqəsində oğurlanmış iranlı sərhədçiləri azad etmək üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.
General Pakpur həmçinin, Pakistanın iki ölkə sərhədlərinə nəzarəti gücləndirməli olduğuna təkid edərək, deyib: İki ölkə sərhədlərində baş verən terror aktları ikitərəfli əməkdaşlıq yolu ilə önlənilməlidir.
15 okytabrda İranın Pakistan ilə sərhəd məntəqəsində bir qrup iranlı sərhədçi terrorçular tərəfindən girov götürülüb.