Okt 31, 2018 12:49 Asia/Baku
  • İran və Pakistan XİN başçıları görüşüblər
    İran və Pakistan XİN başçıları görüşüblər

İran İslam Respublikası və Pakistan xarici işlər nazirləri bu gün İslamabadda görüşərək qarşılıqlı öəlaqələri, təhlükəsizlik məsələlərini, xüsusiylə də oğurlanmış iranlı sərhədçilərin durumunu müzakirə ediblər.

Oktyabrın 15-i axşam çağı İranın cənub şərqində Mircavə bölgəsində sərhəd bufer zonasında 12 iranlı sərhədçi əks-inqilabçı qroplaşma tərəfindən oğurlanaraq Pakistanın daxilinə köçürülüb. 

İRİB-in verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif və Pakistan XİN başçısı Şah Mahmud Qüreyşi iki ölkə arasında iqtisadi, siyasi, mədəni və təhsil əməkdaşlıqlarının gücləndirilməsini də vurğulayıblar. 

Zərif bu gün Pakistan ordusunun quru qoşunlarının komandanı və Pakistan baş naziri ilə də ayrı-ayrılıqda görüşlər keçirəcək. 

İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif oğurlanmış iranlı sərhədçilərin taleyi ilə əlaqədar müzakirələr aparmaq üçün bu gün yüksək səviyyəli bir heyətə başçılıq edərək İslamabada daxil olub. 

Teqlər