İran-Pakistan münasibətləri müzakirə edilib
İranın xarici işlər naziri və Pakistanın baş naziri bu gün İslamabadda görüşərək qarşılıqlı münasibətlərin gücləndirilməsi yollarını araşdırıblar.
İRİB-in verdiyi məlumata görə, İİR XİN başçısı Məhəmməd Cavad Zərif və Pakistan baş naziri İmran Xan bu görüşdə oğurlanmış iranlı sərhədçilər mövzusunu da müzakirə ediblər.
Görüşdə Pakistanın baş naziri rəsmi İslamabadın Tehran ilə əlaqələrə böyük önəm verdiyini vurğulayaraq deyib: Pakistan bütün sahələrdə İran ilə əlaqələrin gücləndirilməsində m araqlıdır.
İİR XİN başçısı Zərif həmçinin Pakistan ordusunun komandanı Qəmər Cavid Bacua və bu ölkənin xarici işlər naziri Şah Mahmud Qüreyşi ilə də görüşüb.
Məhəmməd Cavad Zərif yüksək səviyyəli bir heyəti başçılıq edərək bu gün oğurlanmış iranlı sərhədçilər mövzusunu müzakirə məqsədi ilə Pakistana daxil olub.
Oktyabrın 15-i axşam çağı İranın cənub şərqində Mircavə bölgəsində sərhəd bufer zonasında 12 iranlı sərhədçi əks-inqilabçı qroplaşma tərəfindən oğurlanaraq Pakistanın daxilinə köçürülüb.