İran Şeyx Salmanın ömürlük həbsə məhkum edilməsini qınadı
https://azeri.sahartv.ir/news/İran-i327101-İran_Şeyx_salmanın_ömürlük_həbsə_məhkum_edilməsini_qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman barəsində ömürlük həbs qərarının çıxarılmasını tənqid etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2018 09:18 Asia/Baku
  • İran Şeyx Salmanın ömürlük həbsə məhkum edilməsini qınadı
    İran Şeyx Salmanın ömürlük həbsə məhkum edilməsini qınadı

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman barəsində ömürlük həbs qərarının çıxarılmasını tənqid etdi.

Bəhreyn məhkəməsi bazar günü Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman və bu ölkə parlamentinin üzvü olmuş 2 nəfər barəsində ömürlük həbs qərarı çıxardıb. Şeyx Əli Salman və digər iki nəfər Qətərə casusluq etməkdə ittiham olunurlar. 

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, Bəhram Qasemi Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mötədil bir şəxsiyyətə malik olduğuna işarə edərək, deyib: Şeyx Əli Salman barəsində ömürlük həbs qərarının çıxarılması Bəhreyn hökumətinin ölkədə islahatlar aparmaq fikrində olmadığına dair deyilənlərin doğru olduğunu sübut edir.