Dek 18, 2018 17:40 Asia/Baku
  • Qasımi: İranlı sərhədçilərin azad edilməsi üzrə Pakistan ilə danışıqlar davam edir
    Qasımi: İranlı sərhədçilərin azad edilməsi üzrə Pakistan ilə danışıqlar davam edir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İranlı sərhədçiləri azad etmək üçün Pakistan tərəfi ilə danışıqlar davam edir və bu istiqamətdə Pakistan rəsmiləri bəzi vədlər də veriblər.

İRNA-nın məlumatına görə, Bəhram Qasımi İran və Pakistanın iki ölkə arasında təhlükəsiz sərhədin yaradılması üzrə lazımi iradənin olduğunu deyərək, əlavə edib: İran və Pakistan rəsmiləri iki ölkə sərhədlərinin sülh və dostluq sərhədləri olaraq qalmalı olduğuna inanırlar.

Qasımi İranın Xarici İşlər Nazirliyinin bu istiqamətdə gördüyü tədbirlər haqda isə deyib: Terrorçuların İran ərazisinə daxil olması və sərhədçiləri oğurlamalarının ardınca İranın Xarici İşlər Nazirliyi və digər əlaqədar qrumlar işə başlayıblar və Pakistan tərəfi ilə saxladıqları əlaqələrdə mövzunu araşdırıblar.

15 oktyabrda 12 iranlı sərhədçi Pakistan ilə sərhəd məntəqədə terrorçular tərəfindən oğurlanaraq, Pakistan ərazisinə aparılıblar. 22 noyabrda oğurlanmış sərhədçilərdən 5-i azad edilib.

Teqlər