İran və Türkiyə Xİ nazirləri arasında telefon danışığı
https://azeri.sahartv.ir/news/İran-i333285-İran_və_türkiyə_xİ_nazirləri_arasında_telefon_danışığı
İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2019 10:47 Asia/Baku
  • İran və Türkiyə Xİ nazirləri arasında telefon danışığı
    İran və Türkiyə Xİ nazirləri arasında telefon danışığı

İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri ikitərəfli əlaqələr habelə, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, İran və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu şənbə günü telefon əlaqəsi saxlayaraq, Venesuela olayalarını müzakirə ediblər.

İran və Türkiyənin xarici işlər nazirləri daha sonra iki ölkə arasındakı yaxşı və konstruktuv əlaqələrə işarə edərək, ikitərəfli əlaqələr başda olmaqla, regional və beynəlxalq səviyyəli əməkdaşlıqların genişləndirilməsini hər iki ölkə xalqının milli maraqları habelə, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində olduğunu deyiblər.