İranda həbs olunmuş Fransa vətəndaşı azad edilib
https://azeri.sahartv.ir/news/İran-i335477-İranda_həbs_olunmuş_fransa_vətəndaşı_azad_edilib
İran Xarici İşlər Nazirlyinin sözçüsü deyib ki, İrana qanunsuz şəkildə daxil olduğu üçün həbs olunmuş bu Fransa vətəndaşı azad edilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2019 18:12 Asia/Baku
  • İranda həbs olunmuş Fransa vətəndaşı azad edilib
    İranda həbs olunmuş Fransa vətəndaşı azad edilib

İran Xarici İşlər Nazirlyinin sözçüsü deyib ki, İrana qanunsuz şəkildə daxil olduğu üçün həbs olunmuş bu Fransa vətəndaşı azad edilibdir.

İran Xarici İşlər Nazirlyinin sözçüsü Bəhram Qasemi əlavə edib: Bu Fransa vətəndaşı qanuni etapları keçəndən və ona qarşı ittihamların aradan götürülməsindən sonra azad edilibdir.

Bundan öncə Fransanın xarici işlər naziri Jan-İv Le Drian İranda qanunsuz bir mədən müqaviləsi imzaladığına görə, bir Fransa vətəndaşının həbs olunmasından xəbər vermiş və demişdi ki, bu fransalı Kiş adasında həbs olunub və Paris bu məsələnin həlli üçün Tehranla məşvərət aparmaqdadır.