Kərbəla köçəri tayfalarının başçıları İran prezidenti ilə görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i336737-kərbəla_köçəri_tayfalarının_başçıları_İran_prezidenti_ilə_görüşüblər
İraqın Kərbəla və Babil vilayətlərinin köçəri tayfalarının başçılarından onlarla nəfər bu gün müqəddəs Kərbəlada İran İslam Respublikasının prezidenti ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2019 18:11 Asia/Baku
  • Kərbəla köçəri tayfalarının başçıları İran prezidenti ilə görüşüblər
    Kərbəla köçəri tayfalarının başçıları İran prezidenti ilə görüşüblər

İraqın Kərbəla və Babil vilayətlərinin köçəri tayfalarının başçılarından onlarla nəfər bu gün müqəddəs Kərbəlada İran İslam Respublikasının prezidenti ilə görüşüb.

Həsən Ruhani bu görüşdə İran İslam Respublikasının siyasətlərini şərh edərək, İraqla xüsusən bu ölkənin bərpası dövründə hərtərəfli əlaqələrin genişləndirilməsini vurğulayıb.

Köçəri tayfaların başçıları da bu görüşdə İŞİD terrorçularına qarşı döyüşdə İraqa son dərəcə dəstək verdiyinə və sərhəd vilayətlərində iqtisadi münasibətləri daha da genişləndirdiyinə görə, İrana təşəkkür ediblər.