Apr 07, 2019 17:03 Asia/Baku
  • Cahangiri: İraq ilə iqtisadi əlaqələrdəki maneələr aradan qaldırılmalıdır
    Cahangiri: İraq ilə iqtisadi əlaqələrdəki maneələr aradan qaldırılmalıdır

İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri İran ilə İraq arasındakı iqtisadi əlaqələrin inkişafı yolunda duran problemlərin öyrənilməsi və sürətlə həll edilməsini istədi.

İSNA-nın məlumatına görə, İshaq Cahangiri bazar günü Tehranda İran-İraq İqtisadiyyat forumunda çıxış edərək, dedi: İran daim İraqın ərazi bütövlüyü, siyasi sabitliyi və iqtisadi inkişafını dəstəkləyib.

Cahangiri ABŞ-ın İraq - İran əlaqələrində məhdudiyyətlərin yaradılması üzrə səylərinə işarə edərək, dedi: ABŞ-ın təzyiqlərinə baxmayaraq, iki ölkə arasındakı ticarət mübadilələrinin həcmi 12 milyard dollara çatıb və bu rəqəm qarşıdan gələn illərdə 20 milyard dollara çatdırılmalıdı.

İran İslam Respublikasının vitse-prezidenti İran və İraq arasında turizm əlaqələrinə gəlincə dedi: Hər il iki ölkə sərhədlərindən 7 milyondan çox turist gediş-gəliş edir. "Ərbəyin" yürüşü isə İran və İraqın dini-mədəni simvoluna çevrilib.

Teqlər