Apr 11, 2019 21:27 Asia/Baku
  • Zərif Təl-Əvivə, Vaşinqtona və Ərriyada: Oyun bitdi; İŞİD-i bərpa edə bilməzsiniz!
    Zərif Təl-Əvivə, Vaşinqtona və Ərriyada: Oyun bitdi; İŞİD-i bərpa edə bilməzsiniz!

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın, sionist rejimin və ərəbistanın regiondakı terrorçulara dəstək vermələrinə toxunaraq, deyib ki, Amerikanın regionda terror qruplarını bərpa etmək cəhdi nəticəsiz qalacaqdır.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün twitter-də Amerikanın yeni anti-İran hərəkətinə reaksiyada sionist rejimin, Amerikanın və ərəbistanın Əlqaidəyə və İŞİD-ə dəstək verdiklərini göstərən media reportajlarından təsvirlər yayaraq, yazıb: Bizim regionda terrorizmə qarşı müharibənin məğlubları tarixi silə bilməzlər. İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ı hədəfə almaq heç vaxt İŞİD-i, Ənnusrəni və onların tabeliyində olanları diriltməyəcəkdir.

Zərif əlavə edib: Oyun bitdi; bu gerçəkliklə üzləşməyinizin vaxtı gəlib çatıbdır. Siz bütün yanlış seçimləri etmisiniz və başqalarını qurban etmək sizin üçün məlhəm olmayacaqdır.

Teqlər