İran beynəlxalq məhkəmədə ABŞ-ın pozuntularını izləyəcək
https://azeri.sahartv.ir/news/İran-i339301-İran_beynəlxalq_məhkəmədə_abŞ_ın_pozuntularını_izləyəcək
İran İslam Respublikasının hüquq məsələləri üzrə vitse-prezidenti deyib ki, Tehran Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edərək, Amerikanın İranda seldən zərərçəkənlərə nağd yardımların gəlib çatmasının qarşısını almaq üzrə pozuntusunu izləyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2019 08:43 Asia/Baku
  • İran beynəlxalq məhkəmədə ABŞ-ın pozuntularını izləyəcək
    İran beynəlxalq məhkəmədə ABŞ-ın pozuntularını izləyəcək

İran İslam Respublikasının hüquq məsələləri üzrə vitse-prezidenti deyib ki, Tehran Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edərək, Amerikanın İranda seldən zərərçəkənlərə nağd yardımların gəlib çatmasının qarşısını almaq üzrə pozuntusunu izləyəcək.

İranda son sel və daşqınların ardınca Amerika İranın Qırmızı Aypara Cəmiyyətinin bank hesablarını bağlayıb və bu hərəkətlə əslində digər ölkələrdən İranda seldənzərərçəkən əhaliyə yardımların çatdırılmasına xələl gətiribdir.

Ləyya Coneydi bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti göstərişinə əsasən, Amerika ərzaq, dərman və tibb ləvazimatları, kənd təsərrüfatı materialları, aviasiya xidmət və detalları və onlarla bağlı olan bütün bank əməliyyatları ilə əlaqədar məsələlərdə sabotaj törədə bilməz. O, deyib: Amerikanın bu hərəkəti beynəlxalq hüquq normalarını pozmaqdan əlavə, aşkar şəkildə Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti göstərişini də pozubdur.