Dejpəsənd: İran "Qurşaq-Yol" formasında 50 milyard dollar yatırmağa hazırdır
https://azeri.sahartv.ir/news/İran-i339392-dejpəsənd_İran_qurşaq_yol_formasında_50_milyard_dollar_yatırmağa_hazırdır
İranın maliyyə və iqtisadi məslələlər naziri deyib: İran "Qurşaq-Yol" təşəbbüsü formasında investisiya və maliyyə təmini istiqamətində müxtəlif sektorlarda 50 milyard dollardan yuxarı dəyərə malik layihə təqdim etməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2019 10:37 Asia/Baku
  • Dejpəsənd: İran

İranın maliyyə və iqtisadi məslələlər naziri deyib: İran "Qurşaq-Yol" təşəbbüsü formasında investisiya və maliyyə təmini istiqamətində müxtəlif sektorlarda 50 milyard dollardan yuxarı dəyərə malik layihə təqdim etməyə hazırdır.

Fərhad Deşpəsənd bu gün Pekində keçirilən 2-ci beynəlxalq "Qurşaq-Yol" konfransında əlavə edib: "Qurşaq-Yol" proqramının icrası ölkələrin münasibətləri və beynəlxalq inkişaf istiqamətində mühüm və konstruktiv rola malikdir və "İpək Yolu" istiqamətində yerləşən ölkələr arasında daha artıq inteqrasiyaya səbəb olubdur.

İranın iqtisadiyyat naziri əlavə edib: "İpək Yolu" istiqamətində yerləşən ölkələr "Qurşaq-Yol" təşəbbüsündən istifadə edərək, bir-biri ilə istehsal sənayesində həmkarlığı inkişaf etdirə, həmçinin investisiya və ticarət sahələrində əməkdaşlıq səviyyəsini yüksəldə bilərlər.

Dejpəsənd həmçinin deyib: İran İslam Respublikası dövlətinin perspektivi və Çin dövlətilə olduqca yaxın koordinasiya və həmkarlıq, bu böyük layihənin yüksək hədəfinə çatmaq üçündür və davamlı regional və beynəlxalq təhlükəsizlikdə böyük təsirə malik olacaqdır.

2-ci beynəlxalq "Qurşaq-Yol" konfransı bu gün İran daxil olmaqla 110 ölkədən olan heyətlərin iştirakı ilə Pekində işə başlayıb. Bu iclas aprelin 27-dək davam edəcək.