İran sionist rejimin Qəzzə zolağına qarşı hücumunu pisləyib
https://azeri.sahartv.ir/news/İran-i339923-İran_sionist_rejimin_qəzzə_zolağına_qarşı_hücumunu_pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin qadınlar və uşaqlar daxil olmaqla onlarla fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnən Qəzzə zolağına qarşı hücumunu pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2019 15:07 Asia/Baku
  • İran sionist rejimin Qəzzə zolağına qarşı hücumunu pisləyib
    İran sionist rejimin Qəzzə zolağına qarşı hücumunu pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin qadınlar və uşaqlar daxil olmaqla onlarla fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnən Qəzzə zolağına qarşı hücumunu pisləyibdir.

Seyyed Əbbas Musəvi məzlum Fələstin xalqının Qüdsü işğal etmiş rejim qarşısındakı səbirli müqaviməti və qanuni mübarizələrini yüksək qiymətləndirib, fələstinlilərin sionist rejimin cinayətləri qarşısındakı özünümüdafiə haqqını vurğulayaraq, regional və beynəlxalq təşkilatların bu rejimin müdafiəsiz Fələstin xalqına qarşı təcavüzlərinin davam etməsinin qarşısını almaq üçün təcili tədbirlər görmələrini istəyib.