Qəşqavi: Avropa nüvə anlaşması çərçivəsində təsirli addım atmayıbdır
İran İslam Respublikasının İspaniyadakı səfiri bildirib ki, Avropa indiyədək nüvə anlaşması çərçivəsində təsirli addım atmayıbdır.
Həsən Qəşqavi İspaniyanın "Kadena SER" radiosu ilə müsahibədə İran İslam Respublikasının nüvə anlaşması çərçivəsində öz öhdəliklərini azaltmağa dari qərarına işarə edərək, bildirib ki, Avropa indiyədək nüvə anlaşmasını himayə istiqamətində yalnız bəyanat yayıbdır.
Qəşqavi deyib: Avropa bəyanat yaymaqdan əl çəkməli və nüvə anlaşmasının qorunması istiqamətində real addımlar atmalıdır.
İran İslam Respublikası prezidenti Həsən Ruhani ötən çərşənbə günü Amerikanın nüvə anlaşmasından çıxmasına və Tehrana qarşı sanksiyaları geri qaytarmasına reaksiyada zənginləşdirilmiş uran və ağır su satışının 60 gün müddətinə dayandırıldığını elan etdi ki, bu müddətdə avropalılar nüvə anlaşması barədə öz səhlənkarlıqlarının əvəzini çıxmış olsunlar.
Nüvə anlaşmasının 36-cı bəndinə əsasən, İran sanksiyaların geri döndüyü hallarda özünün bəzi öhdəliklərini azalda bilər.