May 14, 2019 15:23 Asia/Baku
  • Musəvi Röyters-in iddiasını rədd edib
    Musəvi Röyters-in iddiasını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Röyters-in İran tərəfindən nüvə anlaşmasında qalmaq məsələsinin gündə 1,5 milyon barrel neft satmaqla şərtləndirilməsinə dair saxta xəbərini rədd edib.

Seyyed Əbbas Musəvi deyib: İranın haqlı fikir və nöqtə-nəzərləri İran İslam Respublikası prezidentinin nüvə anlaşmasında qalan ölkələrin dövlət başçılarına məktubunda açıq və birbaşa şəkildə bəyan edilibdir.

Musəvi söyləyib: Ümumi və media mühitində bu cür qeyri-dəqiq və nöqsanlı gümanlar edib, saxta xəbərlər düzəltmək nəinki konstruktiv deyil, həm də hazırkı şəraitdə ciddi bir diplomatiyaya lazım olan atmosferin pozulması ilə nəticələnə bilər.

Teqlər