İyun 24, 2019 21:42 Asia/Baku
  • İİR XİN sözçüsü: “Əsrin sövdələşməsi” konfransının keçirilməsi utancgətiricidir
    İİR XİN sözçüsü: “Əsrin sövdələşməsi” konfransının keçirilməsi utancgətiricidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü “əsrin sövdələşməsi” barədə Manama iqtisadi konfransının keçirilməsini utancgətirici adlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün daxili və xarici jurnalistlərlə həftəlik brifinqdə müxbirimizin amerikan-sionist “əsrin sövdələşməsi” planı barədə Manama iqtisadi konfransının keçirilməsi haqqındakı sualına cavabda belə əlavə edib: İslam dünyasında təfriqəyə və Fələstin amalının unudulmasına bais olacaq, həmçinin Fələstin və Qüdsün hüquqlarını satacaq bir konfransın keçirilməsi utancgətiricidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Pul qarşılığında sülhü irəli sürən bir konfrans bir nəticə əldə etməyəcək və uğursuzluğa məhkumdur.

Bəhreynin paytaxtı Manama iyunun 25-i və 26-da amerikan-sionist “əsrin sövdələşməsi” planının icrası istiqamətində iqtisadi konfransa ev sahibliyi edəcək.

İranın diplomatiya idarəsinin sözçüsü İran Xarici İşlər Nazirliyinin amerikan pilotsuzun İran ərazisinə təcavüzündən sonrakı izləmələri haqda deyib: Siyasi addımlardan əlavə, BMT-yə şikayət və İranın notasının təhlükəsilzik şurasına göndərilməsi kimi hüquqi addımlar da atılıbdır.

Musəvi İranın nüvə anlaşması haqda avropalı tərəflərə 60 günlük fürsət verməsi barədə də belə deyib: İran Avropanı gözləməyib, gözləməyəcək də və dost ölkələrlə ikitərəfli şəkildə məşvərət aparır və bu sahədə bəzi ticarət, maliyyə və bank həll yolları tənzim olunubdur.

Musəvi İngiltərə xarici işlər naziri müavininin Tehrana səfəri və onun tankerlərə qarşı hücumlarda İranın rolunun olması haqdakı iddiası barədə deyib: İngilislərin bu üslubu qeyri-konstruktivdir; bəlkə İngiltərə daxili problemlərə, hökumətsizlik böhranına, breksitə və Avropa Birliyi tərəfindən himayə olunmamasına görə, Amerika ilə daha çox yanaşı olmağa üstünlük verir ki, bu siyasətləri hər cür müşayiətetmə qəbuledilməzdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq olunması iddiası haqda belə deyib: Sanksiyaların heç bir nailiyyəti olmayıbdır və Amerikanın daha artıq sanksiyalara dair iddiası onların daxili və xarici ümumi fikrə təsir göstərmək üzrə cəhdləridir.

 

 

Teqlər