Zolnouri: İngiltərə hökuməti İran İslam Respublikasına cavab verməlidir
https://azeri.sahartv.ir/news/İran-i343751-zolnouri_İngiltərə_hökuməti_İran_İslam_respublikasına_cavab_verməlidir
İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İngiltərə hökumətinin İranın xam neft daşıyan tankerini dayandırmasına işarə edərək vurğulayıb: İngiltərə hökuməti bu qanunsuz əməl qarşısında İran İslam Respublikasına cavab verməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2019 13:36 Asia/Baku
  • Zolnouri: İngiltərə hökuməti İran İslam Respublikasına cavab verməlidir
    Zolnouri: İngiltərə hökuməti İran İslam Respublikasına cavab verməlidir

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İngiltərə hökumətinin İranın xam neft daşıyan tankerini dayandırmasına işarə edərək vurğulayıb: İngiltərə hökuməti bu qanunsuz əməl qarşısında İran İslam Respublikasına cavab verməlidir.

Moctəba Zolnoru bu gün IRIB müxbiri ilə müsahibədə İngiltərə hökumətinin İranın xam neft daşıyan tankerini dayandırmasını beynəlxalq qayda-qanunlara zidd  adlandırıb.

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri deyib: Əgər İngiltərə hökuməti İranın xam neftini daşıyan tankerin müsadirəsini aradan qaldırmazsa, İran İslam Respublikası cavab vasitələrinə malikdir və qarşılıqlı rəftar edəcəkdir.

Zolnouri həmçinin İranın neft yükünün qaçaq və qanunsuz olmadığını bildirərək, əlavə edib: İngiltərə hökumətinin İran xalqının şəxsiyyətinə qarşı bu cəsarəti bütün dünyada azad nəqliyyatın təhlükəyə düşməsinə zəmin yaradır.

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Amerikanın bəşəriyyətə zidd və təcavüzkar siyasətlərinin ardınca getməyə çalışan bu rejimin müttəfiqlərindən və Qərb ölkələrindən istəyibdir, elə addımlar atmasınlar ki, İran İslam Respublikası onlara qarşı addımlar atmaq istəmiş olsun.