Musəvi: İngiltərə İran tankerini tez bir zamanda azad etsin
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib: İngiltərənin Cəbəlüttariq boğazında İran neftini daşıyan tankerin müsadirə edilməsi barədəki iddiaları hüquqi cəhətdən dəyərsizdir və bu tanker tez bir zamanda azad edilməlidir.
Seyyed Əbbas Mousəvi bu gün IRNA ilə müsahibədə söyləyib: Sənəd və faktlar, həmçnin ingilislərin sözlərinin təzadlı olması göstərir ki, onlar amerikalıların təsiri altında təhlükəli bir oyuna girmək istəyirlər. Bizim tövsiyəmiz, tankerin tez bir zamanda azad edilməsidir, zira bu iş hamının xeyrinədir.
İngiltərənin dəniz qüvvələri iyulun beşində iddia etdi ki, Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarını pozan bir İran tankeri Cəbəlüttariq boğazında müsadirə olunubdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın bölgədəki ərəb ölkələri ilə əlaqələri barədə isə belə deyib: İran bütün qonşuları ilə səmimi əlaqələrə malikdir və gərginliklərin kulminasiya nöqtəsində bu ölkələrə sülh, dostluq və qardaşlıq mesajı göndəribdir.
"İran heç vaxt öz təhlükəsizliyini qonşularının əmin-amansızlığında görmür" deyən Musəvi əlavə edib: Bütün qonşu ölkələrin təhlükəsizliyi, sabitliyi və rövnəqi İranın təhlükəsizliyi, sabitliyi və rövnəqinə səbəb olacaq və bu məsələ ölkələlərə qarşılıql təsir göstərəcəkdir.
İranın diplomatiya aparatının mətbuat katibi həmçinin vurğulayıb: Xarici qüvvələrin bölgədə iştirakı təhlükəsizliyə kömək olmayacaq və İran bu məsələni bütün region üçün təhlükə siqnalı hesab edir.