İyul 14, 2019 07:56 Asia/Baku
  • İran tankeri azad edilməzsə, İngiltərənin addımı cavabsız qalmayacaq
    İran tankeri azad edilməzsə, İngiltərənin addımı cavabsız qalmayacaq

İranın İngiltərədəki səfiri "Qris-1" tankerinin müsadirə olunmasına reaksiyada deyib: Əgər İran tankeri və onun yükü azad edilməzsə, İngiltərənin addımı cavabsız qalmayacaq.

Həmid Bəidinejad öz şəxsi twitter səhifəsində vurğulayıb ki, İngiltərə İran tankerini qanunsuz şəkildə müsadirə etmək üzrə hesablama səhvi ilə öz səhvini bir daha təkrar etməməlidir. O, yazıb: Bu tanker qayda-qanunu pozmur, amma İngiltərə dəniz quldurluğu və qanunsuz hərəkətlə belə bir pozuntuya yol veribdir.

Qərb mediaları iyulun dördündə İran neftini daşıyan "Qris-1" tankerinin müsadirə olunması xəbərini verdilər və iddia etdilər ki, bu gəmi Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarını pozduğu üçün müsadirə olunubdur.

"Cəbəlüttariq Kranikl" qəzeti bir sıra twitt-də Cəbəlüttariq-in baş prokuroru Maykl Lamasa istinadla bildiribdir ki, bu məntəqənin ali məhkəməsi həmin tankerin müsadirə olunmasını iyulun 19-dək uzadıbdır.

İran rəsmiləri Londonun iddiasını təkzib edərək, bildiriblər ki, Suriya bu tankerin məqsədi olmayıb və həmin ölkənin limanı bu iri tankerin yan alması imkanına malik deyildir.

Bununla belə, medialar dünən səhər xəbər veriblər ki, Cəbəlüttariq polisi İrana məxsus olan "Qris-1" tankerinin bütün işçilərini bir ittiham irəli sürmədən və vəsiqə qarşılığında azad edibdir.

Teqlər