İyul 20, 2019 11:16 Asia/Baku
  • Hörmüz boğazında İngiltərə tankerinin müsadirə edilməsinin səbəbi şərh olunub
    Hörmüz boğazında İngiltərə tankerinin müsadirə edilməsinin səbəbi şərh olunub

İranın Hormozqan viliayətinin baş limanlar və dənizçilik idarəsinin baş müdiri deyib: "Stena İmpero" adlı bir İngiltərə tankeri öz hərəkəti istiqamətində Hörmüz boğazında bir balıqçılıq gəmisi ilə toqquşur ki, bu hadisədən sonra onun halları və səbəblərinin araşdırılması zəruri idi.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi dünən gecə bir məlumatda beynəlxalq dəniz qaydalarını pozduğuna görə, Hörmüz boğazında bir İngiltərə tankerini müsadirə etdiyini bildirib.

İranın Hormozqan viliayətinin baş limanlar və dənizçilik idarəsinin baş müdiri Allahmorad Əfifipour bildirib ki, İngiltərə tankerinin bir balıqçılıq gəmisi ilə toqquşmasından sonra qəzaya uğramış gəminin işçiləri ingilis tankerlə əlaqə saxlayırlar. O, əlavə edib: İngiltərə tankeri balıqçılıq gəmisinə cavab vermədikdən sonra qanuni proses əsasında onlar məsələni Hormozqan viliayətinin baş limanlar və dənizçilik idarəsinə xəbər veriblər.

Əfifipour söyləyib: Hormozqan viliayətinin baş limanlar və dənizçilik idarəsi də məsələni İranın hərbi qüvvələrinə xəbər veribdir ki, İngiltərə tankerini lövbər atmaq üçün Bəndər-Abbasa doğru istiqamətləndirsinlər ki, araşdırmalar dəqiq surətdə həyata keçirilsin və qəzanın səbəbləri araşdırılsın.

İranın Hormozqan viliayətinin baş limanlar və dənizçilik idarəsinin baş müdiri bildirib ki, bu İngiltərə tankernin 23 ekipaj üzvü var və təhlükəsizlik baxımından onlar gəmidə qalmalıdırlar.

O, əlavə edib: "Stena İmpero" adlı İngiltərə tankerinin ekipaj üzvlərindən 18-i Hindistan, beşi də Rusiya, Filippin və Latviyadandır.

Teqlər