Yelisey sarayı: Zəriflə müzakirələr müsbət oldu
https://azeri.sahartv.ir/news/İran-i347267-yelisey_sarayı_zəriflə_müzakirələr_müsbət_oldu
Fransa prezident sarayı bazar günü gecə bir bəyanatda bu ölkənin prezidenti və xarici işlər nazirinin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Fransanın Biarrits şəhərindəki müzakirələrini müsbət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2019 03:38 Asia/Baku
  • Yelisey sarayı: Zəriflə müzakirələr müsbət oldu

Fransa prezident sarayı bazar günü gecə bir bəyanatda bu ölkənin prezidenti və xarici işlər nazirinin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Fransanın Biarrits şəhərindəki müzakirələrini müsbət adlandırıb.

Yelisey sarayı bu bəyanatda vurğulayıb ki, Paris Tehranla məşvərəti davam etdirəcək.

Tehran və Paris son həftələrdə nüvə anlaşmasını xilas etmək məqsədilə danışıqlara başlayıblar.

Amerika prezidenti Donald Tramp 2018-ci ili mayın 8-də birtərəfli şəkildə Vaşinqtonun nüvə anlaşmasındakı öhdəliklərini pozaraq, ölkəsinin bu beynəlxalq anlaşmadan çıxdığını və nüvə sanksiyalarının geri döndüyünü elan etdi.

Trampın bu hərəkəti daxildə və beynəlxalq səviyyədə geniş şəkildə pislənibdir.