Avq 29, 2019 14:10 Asia/Baku
  • Salehi: İranın nüvə fəaliyyətləri qüdrətlə davam edir
    Salehi: İranın nüvə fəaliyyətləri qüdrətlə davam edir

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: İranın nüvə fəaliyyətləri bütün sahələrdə qüdrətlə davam edir və nüvə sənayesi əsla dayanmayıbdır.

Əli Əkbər Salehi bu gün İranən Əlborz vilayətində keçirilən bir mərasimdə əlavə edib: Nüvə fəaliyyətlərinin  qüvvət və qüdrətlə davam etməsi Donald Trampın onu Amerika tarixinin ən pis müqaviləsi adlandırmasına səbəb olubdur.

İranın Atom Enerjisi Təşkilatının sədri İranın dünyadakı yerinə işarə edərək, deyib: Yaxın Şərq bölgəsi İranın iradəsi və rolu olmadan nəzərdə tutduğu formanı ala bilməz və İran Yaxın Şərqin hazırkı və gələcək qərarçıxaranlarından biridir.

Salehi deyib: İran İslam Respublikasının dünya ilə problemi bu məsələ üstündədir ki, İslam İnqilabı imperialist təfəkkür qarşısında bir maneə olub və digər xalqların sayıqlığı və oyanışına zəmin yaradıbdır.

Teqlər