Əfqanıstanın ilk əmtəə mal yükü Çabəhar vasitəsilə Hindistana ixrac olunub
https://azeri.sahartv.ir/news/İran-i347782-Əfqanıstanın_ilk_əmtəə_mal_yükü_Çabəhar_vasitəsilə_hindistana_ixrac_olunub
Əfqanıstanın ilk soyuducu yükü İranın cənub-şərqində yerləşən Çabəhar şəhərinin Şəhid Beheşti limanı vasitəsilə Hindistana ixrac olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2019 09:16 Asia/Baku
  • Əfqanıstanın ilk əmtəə mal yükü Çabəhar vasitəsilə Hindistana ixrac olunub
    Əfqanıstanın ilk əmtəə mal yükü Çabəhar vasitəsilə Hindistana ixrac olunub

Əfqanıstanın ilk soyuducu yükü İranın cənub-şərqində yerləşən Çabəhar şəhərinin Şəhid Beheşti limanı vasitəsilə Hindistana ixrac olunub.

İranın Sistan və Bəluçestan vilayətinin limanlar və dənizçilik idarəsinin baş direktoru Behruz Ağayi deyib ki, Əfqanıstanın tranzit üzümünə şamil olan bu yük Hindistanın Navaşiva limanına ixrac olunub.

Ağayi bildirib ki, hazırda Çabəharın Şəhid Beheşti limanında 160 ədəd soyuducu konteynerin saxlanılması imkanı var. O, əlavə edib: Əfqanıstan xüsusiyyət təşkil etməklə digər ölkələrin əmtəə mallarının Çabəhar limanı vasitəsilə Hindistana ixracatı üzrə məziyyətlər və digər limanlara nisbətən rəqabət tarifləri yaradılıbdır.

Sistan və Bəluçestan vilayətinin Çabəhar limanı Hind Okeanı və Mekran dənizi sahilində yerləşən İranın yeganə okean limanıdır.