Sen 15, 2019 15:05 Asia/Baku
  • İranlı elmi əsaslı şirkətin uğuru
    İranlı elmi əsaslı şirkətin uğuru

İran xarici işlər nazirliyinin sözçüsü ABŞ rəsmilərinin anti-İran iddialarına reaksiyada deyib ki, Amerikanın maksimum təzyiqi maksimum yalana yönəlibdir.

Yəmənin ordusu və xalq komitələrinin ərəbistanın şərqində Aramko şirkətinin təsisatlarına qarşı hücumunun ardınca ABŞ dövlət katibi Mayk Pompeo dünən yeni bir iddiada bildirib ki, İran bu hücumda məsuliyyət daşıyır.

İran xarici işlər nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi bu gün bildirib ki, amerikalı rəsmilərin kor-koranə və nəticəsiz ittihamları və fikir bildirmələri diplomatik çərçivədə dərkolunmaz və mənasızdır. O, əlavə edib: Beynəlxalq əlaqələrdə hətta düşmənçilik bəsləmək də məntiqli çərçivələr və inandırıcılığın minimumuna malikdir ki, Amerika rəsmiləri bu minimumu da bilmirlər.

Mousəvi söyləyib: Bu kimi fikirlər və addımlar daha çox məxfi və kəşfiyyat təşkilatlarının gələcəkdə addımlar atmağa zəmin yaratmaq istiqamətində ölkənin imicini pozmaq üzrə proqramlaşdırmalarına bənzəyir.

"Beş ilə yaxındır ki, səud koalisiyası Yəmənə qarşı ardıcıl təcavüzlər və müxtəlif hərbi cinayətlərlə bölgədə müharibə alovunu sönməyə qoymayıb" deyən İran xarici işlər nazirliyinin sözçüsü əlavə edib: Yəmənlilər göstərdilər ki, müharibə və təcavüz qarşısında dayanırlar.

İranın diplomatiya aparatının mətbuat katibi Yəməndə nəticəsiz böhrana son qoymağın və bölgədə dincliyin yaradılmasının yeganə həll yolunu səud koalisiyasının hücumları və təcavüzlərinin dayandırılması, Qərb ölkələrinin təcavüzkarlara siyasi və silah yardımlarının kəsilməsi və siyasi həll yollarının tapılması üzrə səy adlandırıb.

Teqlər