Tehran səudiyyənin təhrikedici hərəkətlərinin nəticələri haqda xəbərdarlıq edib
-
Tehran səudiyyənin təhrikedici hərəkətlərinin nəticələri haqda xəbərdarlıq edib
İranın BMT Baş Məclisindəki nümayəndəliyinin üzvü ərəbistanın bölgədəki səbatsızlaşdırıcı hərəkətlərinin nəticələri haqda xəbərdarlıq edib. Deyib ki, səudların öz seçimlərinin nəticələrinin yanlış olduğunu qəbul etmələrinin vaxtı gəlib çatıbdır.
Fərhad Məmduhi BMT Baş Məclisinin sessiyasında ərəbistanın İrana qarşı ittihamlarını rədd edərək, deyib: Səudiyyə krallığı İrana ittiham vurmaq və ümumi fikri özünün bölgədə, xüsusən Yəməndəki məğlubiyyətlərindən yayındırmağa çalışmaq yerinə, yaxşı olardı ki, Qərbi Asiyadakı avantüralarına son qoysun.
İranın BMT Baş Məclisindəki nümayəndəliyinin üzvü sonra deyib: Ərəbistan rejimi son dərəcə təhlükəli hərəkətlər, səbatszılaşdırıcı rəftarlar, regional zorakılıq və hücumçu savaşlarla məşğuldur və əbəs yerə başqalarını onun nəticələrinə görə məzəmmət edir.
Məmduhi əlavə edib: Səudların son onilliklərdə həyata keçirdikləri yanlış seçimlərin heç birinin məsuliyyəti İranın üzərinə düşmür və səud rejimindən savayı heç bir kəs onun səhvlərinə görə, məzəmmət edilməməlidir.