Okt 02, 2019 19:04 Asia/Baku
  • İranın dünyanın enerji təminatındakı rolu danılmazdır
    İranın dünyanın enerji təminatındakı rolu danılmazdır

İranın neft naziri İran İslam Respublikasını dünyanın enerji təminatındakı rolunu danılmaz adlandırıb.

İranın neft naziri Bİjən Namdar Zəngəne bu gün Rusiyada keçirilən üçüncü beynəxalq enerji assambleyasının "Dünyanın enerji səbətində liderlik və qaz sənayesinin prioritetləri" adlı ixtisaslaşdırılmış konfransında deyib: Proqnozlar göstərir ki, 2040-cı ilədək təbii qaz ildə təqribən 1,5 faiz inkişaf və ekoloji mülahizələrə riayət etməklə dünyanın enerjiyə olan tələbatının dörddə bir hissəsinə cavab verəcək. O, söyləyib: Bu tələbə cavab vermək investisiya, texnologiya ötürülməsi və ticarət infrastrukturunun inkişafı da daxil olmaqla müxtəlif sahələrdə qlobal əməkdaşlıq tələb edir.

İranın neft naziri qaz üzrə tələb-ə cavabda təbii qazın imkanlarına nail olmaq tərzi və bu sahədə beynəlxalq həmkarlığın reallaşmasını mühüm dəyərləndirib və deyib ki, müstəqil ölkələr Amerikanın İrana qarşı neft sanksiyasında Amerikanın birtərəfli və qanunsuz hərəkətlərini qəbul etməsinlər.

Zəngəne vurğulayıb ki, Amerika tərəfindən İrana qarşı birtərəfli sanksiyaların tətbiqi iqtisadi terrorizmin və beynəlxalq hüquq normalarının pozulmasının bariz nümunələrindəndur. Bu hərəkətlər xalqın məişətini hədəfə alır. O, əlavə edib: Enerji sektoru siyasətdən təmizlənməlidir və siyasi müdaxilələr öz yerini iqtisadi məntiqə, çoxvektorluluğa, iştirak və həmkarlığa verməlidir.

"Russian Energy Week" adlı üçüncü beynəxalq enerji assambleyası 66 ölkənin yüksək vəzifəli rəsmiləri, neft və energetika nazirlərinin iştirakı ilə Moskva şəhərinin "Manij" mərkəzi sərgisində keçirilir.

19 ölkəyə şamil olan qaz ixrac edən ölkələr assambleyası- qaz OPEK-i bütövlükdə dünyada qaz hasilatının 44, dünyanın qaz resurslarının 67, boru kəməri ilə qaz köçürülməsinin 64 və maye təbii qaz ticarətinin 66 faizinə malikdir.

Teqlər