İran-Rusiya-Çin birgə manevri keçiriləcək
Dek 25, 2019 18:58 Asia/Baku
İran Silahlı Qüvvələrinin baş sözçüsü briqada generalı pasdar Əbolfəzl Şekarçi bu gün bir mətbuat konfransında İran-Rusiya-Çin birgə dəniz manevri barədə deyib ki, cümə günündən dörd gün müddətinə keçiriləcək bu son dərəcə mühüm manevr Hind okeanının şimalında və Oman dənizində təşkil olunacaq.
İran Silahlı Qüvvələrinin baş sözçüsü bildirib ki, bu manevr xüsusi bir əhəmiyyətə malikdir. O, əlavə edib: Hind okeanı və Oman dənizi beynəlxalq ticarətin əsas bölgələrindən sayılır və çox sayda ölkə bu bölgələrdə gediş-gəliş edir. Buna görə, bu bölgədə təhlükəsizliyin bərqərarı mühüm və həyatidir.