Dek 29, 2019 19:17 Asia/Baku
  • İran region ölkələrini dəniz manevrində iştiraka çağırıb
    İran region ölkələrini dəniz manevrində iştiraka çağırıb

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin komandanı İran-Çin-Rusiya hərbi manevrinə toxunaraq, bölgənin bütün ölkələrini növbəti dəfələrdə bu regional yaxınlaşma və koalisiyaya qoşulmağa dəvət edib.

Üçtərəfli İran-Çin-Rusiya hərbi manevri çərçivəsində jurnalistlərə müsahibə verən kontr-admiral Hoseyn Xanzadi bildirib ki, bu manevrin bütün etapları indiyədək uğurlu keçib. O, deyib: İran Qərbi Asiya ölkələrinin köməyilə kollektiv təhlükəsizlik barədə anlaşma səviyyəsinin mümkün olan ən yaxşı formada təcrübədən keçirilməsini istəyir.

Kontr-admiral Xanzadi həmçinin deyib: Düşmənlər ötən qırx il ərzində sanksiyalar tətbiq etməklə İranı təcrid etməyə çalışdılar.

O, əlavə edib: İrana qarşı sanksiyalar nəinki nəticə vermədi, əksinə regional güclər arasında yaxınlaşmaya və birliyə səbəb oldu.

İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin komandanı vurğulayıb ki, bu gün daha amerikalıların regionda meydansulama dövrü bitib və onlar regiondan getməlidirlər.

 

 

Teqlər