Yan 08, 2020 14:46 Asia/Baku
  • İran Amerikanın xəta edəcəyi halda qətiyyətli cavab verəcək
    İran Amerikanın xəta edəcəyi halda qətiyyətli cavab verəcək

İranın xarici işlər naziri Sepah-ın amerikalı terrorçulardan sərt intiqam almasına işarə edərək, deyib ki, İran İslam Respublikası ABŞ-ın hər cür xətasına qətiyyətli cavab verəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah İraqda yerləşən amerikalı hərbçilərin Eynuləsəd hərbi bazasını hədəfə alaraq, təcavüzkar amerikalı qüvvələrin general-leytenant pasdar Qasem Soleymanini terror etmək üzrə cinayətkar əməliyyatına qətiyyətli cavab verdi.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif nazirlər kabinetinin iclasından sonra müxbirlər qarşısında deyib ki, Amerika Qərbi Asiyada son günlərini keçirir və bu ölkənin bu bölgədə daha gələcəyi olmayacaq.

İran İslam Respublikasının ABŞ hökumətinin terror hərəkətinə hərbi cavabına toxunan Zərif vurğulayıb ki, işin sonu, Amerikanın bölgədən çıxmasıdır ki, bunun da hərbi addıma ehtiyacı yoxdur.

İranın xarici işlər naziri Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı, general-leytenant Qasem Soleymanini terror etmək üzrə cinayətinə işarə edərək, əlavə edib: Amerikanın bölgədən çıxması əslində bu ölkə hökumətinin özünün bu əbləhcəsinə hərəkətində göstərdiyi ağılsızlığın nəticəsidir.

Zərif bildirib ki, İran İslam Respublikasının hərəkəti beynəlxalq hüquq normaları cəhətdən qanuni bir hədəfdir. O, deyib ki, region ölkələri Amerikanın son dərəcə təhlükəli avantüralarından nigarandırlar.

Yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə həmin ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani təcavüzkar və terrorçu amerikalı qüvvələrin İraqın Bağdad şəhərindəki beynəlxalq hava limanına qarşı hava hücumunda şəhid edildi.

 

Teqlər