Yan 08, 2020 19:34 Asia/Baku
  • İranın raket əməliyyatı İraq hökumətinin məlumatı ilə həyata keçirilib

İranın xarici işlər naziri vurğulayıb ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın raket əməliyyatı İraq hökumətinin məlumatı ilə həyata keçirilib. O, deyib ki, İran İraqın ərazi bütövlüyü və suverenliyinə son dərəcə dəyər verir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün İraqın Tehrandakı səfirliyində son terror şəhidlərinin xatirə dəftərini imzaladıqdan sonra müxbirlər qarşısında əlavə edib: İslam İnqilabı Keşikçiləri Korpusunun əməliyyatı elə bir baza ilə bağlı həyata keçirilibdir ki, Amerika İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani və İraqın xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhid edilmələri üzrə cinayətkar hərəkəti məhz həmin bazadan həyata keçirmişdi.

Zərif həmçinin İraq xalqına başsağlığı verərək, deyib: General-leytenant Qasem Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhadəti İraq və İran xalqlarının qardaşlığı və həmrəyliyni təmin etdi.

 

 

Teqlər