İranın AEBA-dakı nümayəndəsi texniki mövzuların siyasiləşdirilməsini qınayıb
https://azeri.sahartv.ir/news/İran-i359096-İranın_aeba_dakı_nümayəndəsi_texniki_mövzuların_siyasiləşdirilməsini_qınayıb
İran İslam Respublikasının Vyanada beynəlxalq təşkilatların nəzdindəki daimi nümayəndəsi Buşehr Atom Elektrik Stansiyası barədə yayındırıcı açıqlamaları rədd edərək deyib: Problem onda yaranır ki, texniki mövzular siyasiləşdirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2020 03:57 Asia/Baku
  • İranın AEBA-dakı nümayəndəsi texniki mövzuların siyasiləşdirilməsini qınayıb
    İranın AEBA-dakı nümayəndəsi texniki mövzuların siyasiləşdirilməsini qınayıb

İran İslam Respublikasının Vyanada beynəlxalq təşkilatların nəzdindəki daimi nümayəndəsi Buşehr Atom Elektrik Stansiyası barədə yayındırıcı açıqlamaları rədd edərək deyib: Problem onda yaranır ki, texniki mövzular siyasiləşdirilir.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikasının Vyanadakı səfiri və  beynəlxalq təşkilatların nəzdindəki daimi nümayəndəsi eləcə də İranın Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatdakı nümayəndəsi  Kazım Qəribabadi dünən AEBA-nın hakimlər şurasının iclasında, İran İslam Respublikasının AEBA-nın yardımlarını alan bir dövlət olaraq bu təşkilat tərəfindən üzv dövlətlərə verilən yardımların həmin dövlətlərin milli nüvə təhlükəsizliyinin infrastrukturlarının gücləndirilməsindəki əhəmiyyətini rəsmən tanıdığını bildirib və deyib: Bu kimi yardımlar şərtləndirilməməli yaxud hamının müvafiq nüvə təsisatlarının təhlükəsiz fəaliyyəti üçün lazımı mənbələr və informasiyaları əldə etməsi ilə əlaqədar hərhansı məhdudiyyətlərdən uzaq qalmalıdır.

Qəribabadi AEBA-nın Buşehr AES-ə ayrı-ayrı nəzarət missiyalarını şərh edərək deyib: Bu AES  2020, 2011, 2017 və 2018-ci illərdə qəbul ediləsi fəaliyyət işinə malik olmuşdur.

Kazım Qəribabadi həmçinin Səudiyyə Ərəbistanı tərəfindən Buşehr AES-in təhlükəsiz məsələləri barədəki iddiaları xüsusunda deyib: Səudiyyəlilərin iddiaları reallıqdan çox uzaqdır və onlar texniki mövzuları siyasi mübahisələrə çevirmək niyyəti güdürlər.

İİR-in beynəlxalq təşkilatlar nəzdindəki səfiri və daimi nümayəndəsi deyib: Səudiyyə Ərəbistanının öz Nüvə Elektrik Stansiyasının ehtimal olunan proqramına yardım edəcək ortaqların siyahısını hazırladığını nəzərə alaraq ondan təhlükəsizlik ilə əlaqədar şəffaf və ətraflı proqram və tələb olunan məhdudiyyətlər barədə təlimatları təqdim etməsi tələb olunmalıdır.

İRANIN AEBA-DAKI SƏFİRİ MÖVZULARIN SİYASİLƏŞDİRİLMƏSİNİ QINAYIB