Mart 15, 2020 15:13 Asia/Baku
  • İİR ordusunun koronavirusa qarşı manevrinə start verilib

Bu gün İran İslam Respublikası Ordusunun Bioloji Müdafiə Qərargahı tərəfindən koronavirusun qarşısının alınması və monitorinqi üzrə manevr-kampaniyası başlanıb.

İran İslam Respublikası Ordusunun ictimai əlaqələr şöbəsinin məlumatına görə, koronavirus pandemiyasının profilaktikası və monitorinqi üzrə manevr, briqada generalı Kiyumərs Heydərinin meydan komandanlığı və ordunun quru qoşunlarının mehvər olması, həmçinin kontr-admiral Həbibullah Səyyarinin komandanlığı ilə ordunun bioloji müdafiə qərargahının komandlığı və nəzarəti altında həyata keçiriləcək.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei cümə axşamı günü gecə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeriyə verdikləri bir fərmanda silahlı qüvvələrin koronavirusla mübarizə sahəsində xalqa göstərdikləri xidmətləri yüksək qiymətləndirdilər. O həzrət bu xidmətlərin həmin xəstəliyin daha çox yayılmasının qarşısını almaq üçün bir "Səhiyyə və Müalicə Qərargahı" formasında təşkil edilməsi vacibliyini vurğuladılar.

Həzrət Ayətullahuluzma Xamenei belə qeyd etdilər: Bu hərəkət həmin hadisənin "bioloji bir hücum" ehtimalını irəli sürən nişanələrə əsasən, bioloji müdafiə manevri cəhətinə də malik ola və milli qüdrət və gücü artıra bilər.

İİR ORDUSUNUN COVID-19-A QARŞI KAMPANİYASI BAŞLANDI

Teqlər