Mart 21, 2020 17:02 Asia/Baku
  • Çindən İrana tibbi yardımların göndərilməsi davam edir

Çinin hökuməti və xalqının koronavirusla mübarizə üçün İrana hədiyyə etdiyi tibb ləvazimatlarından ibarət dörd yük İrana göndərilib.

Çinin hökuməti və xalqının koronavirusla mübarizə üçün İrana olan humanitar yardımlarının davamında 30 tondan çox tibb və gigiyena ləvazimatı Tehrana göndərilib.

İndiyədək koronavirusla mübarizə istiqamətində Çinin hökuməti və xalqının tibb ləvazimatları, həmçinin dərman və gigiyena yardımlarına şamil olan 18-dən çox  yükü Tehrana göndərilib.

Dünyada, o sıradan İranda ölümcül koronavirus pandemiyasına və onunla ardıcıl və hərtərəfli mübarizə vacibliyinə rəğmən, Amerika İrana qarşı maksimum təzyiq siyasəti çərçivəsində öz sanksiya rəftarını davam etdirməyə israr və ardıcıl şəkildə Tehran əleyhinə yeni sanksiyaları elan edir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan öncə BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda ABŞ-ın İrana qarşı bütün qanunsuz və birtərəfli sanksiyalarının qaldırılması vacibliyini vurğulayaraq, belə vurğulamışdı: İranın səhiyyə sisteminin elmi imkanlarına rəğmən, Amerikanın dərman preparatları və tibbi təchizatların İrana satışının qarşısını almaq üzrə sanksiya və önşərtləri İranda koronavirusun yayılması ilə mübarizə səylərini ciddi maneələrlə üzləşdiribdir.

ÇİNDƏN İRANA TİBBİ YARDIMLAR DAVAM EDİR

Teqlər