Zərif Türkiyə və Qətərin xarici işlər nazirlərilə məşvərət edib
-
Zərif Türkiyə və Qətərin xarici işlər nazirlərilə məşvərət edib
İranın xarici işlər naziri Türkiyə və Qətərin xarici işlər nazirlərilə telefon söhbətində Əfqanıstandakı siyasi böhranla bağlı son olaylar barədə məşvərət edib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Qətərin baş nazir müavini və xarici işlər naziri Şeyx Muhəmməd bin Əbdurrəhman Ali-Sani ilə telefon söhbətlərində son Əfqanıstan hadisələri və bu ölkədəki sülh prosesi ətrafında fikir mübadiləsi aparıb.
Region və dünyada koronavirus pandemiyasının son durumu və onunla kütləvi mübarizə yolları da bu telefon təmaslarında danışılan məsələlərdən olubdur.
Zərif dünən də Əfqanıstan xarici işlər nazirliyinin başçısı Hənif Ətmər ilə telefonla danışıbdır.
İranın xarici işlər naziri bu söhbətdə Əfqanıstandakı müxtəlif qruplar arasında birliyin yaradılması, bu ölkədə sülh və sabitliyin bərqərarı, həmçinin ikitərəfli həmkarlıqların genişləndirilməsi vacibliyini vurğulayıb.
Zərif həmçinin dünən BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığında Tehranın Əfqanıstandakı siyasi böhranın həlli və bu ölkədə sülh prosesinin irəlilədilməsi barədəki diplomatik səyləri haqda məlumat və Muhəmməd Əşrəf Qəni, Abdullah Abdullah və Hənif Ətmər daxil olmaqla Əfqanıstan rəsmilərilə öz telefon təmaslarının detallarını təqdim edibdir.
ZƏRİF TÜRKİYƏ VƏ QƏTƏR Xİ NAZİRLƏRİLƏ MƏŞVƏRƏT EDİB