Apr 15, 2020 15:15 Asia/Baku
  • «Fars Körfəzinin Ulduzu» adlı neftayırma zavodunun fəaliyyət gücü 60 min barrel artıb

İranda «Fars Körfəzinin Ulduzu» adlı neftayırma zavodunun icraçı müdiri bu zavodun neftayırma gücünün 2020-ci ilin sentyabrınadək gündə 420 min barreldən 480 min barrelədək artacağından xəbər verib.

«Fars Körfəzinin Ulduzu» adlı neftayırma zavodunun icraçı müdiri Mohəmməd Əli Dadvər bildirib ki, neftayırma gücünün artması ilə istehsal edilən məmulatların miqdarı da 20 faiz artacaq. O, deyib: Bu neftayırma zavodunda orta hesabla gündə 45 milyon litr benzin və 17 milyon litr kerosin istehsal olunur ki, bu miqdarda istehsal neftayırma gücünün artması ilə/ müvafiq olaraq, 54 və 20 milyon litrə çatacaqdır.

«Fars Körfəzinin Ulduzu» adlı neftayırma zavodu 120 min barrellik üç blok formasında Cənubi Pars birgə yatağından gündəlik 360 min barrel xammal almaq imkanına malikdir. Onun inşa mərhələləri 2006-cı ildə başlayıb və 2018-ci ildə başa çataraq istifadəyə verilibdir.

«FARS KÖRFƏZİNİN ULDUZU»NUN FƏALİYYƏT GÜCÜ 60 MİN BARREL ARTIB

Teqlər