Buşehr AES-ə yeni nüvə yanacağı yükü daxil olub
https://azeri.sahartv.ir/news/İran-i361167-buşehr_aes_ə_yeni_nüvə_yanacağı_yükü_daxil_olub
Buşehr Atom Elektrik Stansiyasının yeni yanacaq yükü İranın Atom Enerjisi Təşkilatı və Rusiyanın RosAtom dövlət şirkətinin həmkarlığı ilə bu elektrik stansiyasına daxil olub.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 30, 2020 08:35 Asia/Baku
  • Buşehr AES-ə yeni nüvə yanacağı yükü daxil olub

Buşehr Atom Elektrik Stansiyasının yeni yanacaq yükü İranın Atom Enerjisi Təşkilatı və Rusiyanın RosAtom dövlət şirkətinin həmkarlığı ilə bu elektrik stansiyasına daxil olub.

Buşehr Atom Elektrik Stansiyasının yeni yanacaq yükü yanacağın dəyişdirilməsi üzrə illik proqram əsasında bu stansiyanın mərkəzində yerləşir ki, İranın və Qərbi Asiyanın yeganə elektrik stansiyası kimi min meqavat etimadlı və təmiz elektrik enerjisini ümumölkə şəbəkəsinə daxil etmiş olsun.

İranın cənubunda yerləşən Buşehr Atom Elektrik Stansiyasının ilk bloku min meqavat elektrik enerjisi istehsalı gücü ilə 2011-ci ildə İranın ümumölkə elektrik şəbəkəsinə qoşuldu.

Koronavirus pandemiyasından irəli gələn məhdudiyyət və çətinliklərə rəğmən, İran və Rusiyanın nüvə həmkarlığı və anlaşması səhiyyə protokollarının nəzərdə tutulması ilə və tənzim edilmiş proqramlara uyğun olaraq, icra olunmaqdadır.

Buşehr Atom Elektrik Stansiyası kompleksində davamlı atom elektrik enerjisi istehsalı və yeni elektrik stansiyalarının inşası kimi dəyərli nüvə fəaliyyətlərinin davam etməsi İran İslam Respublikasının Qərbin zalımcasına sanksiyaları qarşısında dayandığı, nüvə texnologiyasına malik olan tərəflərlə ardıcıl və dinc əməkdaşlığı və İranın nüvə sənayesi mütəxəssislərinin bacarığını göstərir.

BUŞEHR AES-Ə YENİ NÜVƏ YANACAĞI YÜKÜ DAXİL OLUB