Tramp Amerika xalqının dəstəyini qazana bilməyib
İran Xarici İşlər Nazirliyi bildirib ki, Amerika xalqı və cəmiyyəti Donald Trampın nüvə anlaşmasından çıxmasını himayə etmirlər.
İran Xarici İşlər Nazirliyi bu gün səhər tezdən öz tvitter səhifəsində "Economist" və "J Street" mərkəzləri, həmçinin İran əslli amerikalıların ictimai əlaqələr birliyi və "William & Mary" universitetinin 2018-ci ildə apardıqları dörd rəy sorğusunun nəticələrinə istinadla yazıb: Amerikanın nüvə anlaşmasından çıxmasından iki il ötür, amma bu çıxışın birinci ilinin rəy sorğularına əsasən, Amerika xalqı və cəmiyyəti Donald Trampın nüvə anlaşmasından çıxmasını himayə etmirlər.
İran Xarici İşlər Nazirliyi bildirib: Tramp Amerika xalqının dəstəyini qazanmaqda məğlub olubdur.
"Economist"in 2018-ci ilin avqustunda apardığı rəy sorğusuna əsasən, Amerikanın adi əhalisinin 46 faizi Trampın nüvə anlaşmasından çıxmaq qərarına qarşı çıxmışdı.
Həmçinin elə həmin ilin oktyabrında "J Street"in apardığı rəy sorğusunda Amerika yəhudilərinin 65 faizi, İran əslli amerikalıların ictimai əlaqələr birliyinin qeyd olunan ilin noyabrında apardığı rəy sorğusunda Amerika sakini olan iranlıların 70 faizi və sözügdən ilin dekabrında "William & Mary" universitetinin keçirdiyi rəy sorğusunda Amerikanın universitet müəllimlərinin 94 faizi Trampın nüvə anlaşmasından çıxması ilə müxalifət edibdir.
TRAMP ABŞ XALQININ DƏSTƏYİNİ QAZANA BİLMƏYİB