İranlı alim Sirus Əskəri azad olub
https://azeri.sahartv.ir/news/İran-i362603-İranlı_alim_sirus_Əskəri_azad_olub
İranın xarici işlər naziri deyib ki, istedadlı iranlı alim Sirus Əskərini gətirən təyyarə Amerikadan uçub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2020 07:01 Asia/Baku
  • İranlı alim Sirus Əskəri azad olub

İranın xarici işlər naziri deyib ki, istedadlı iranlı alim Sirus Əskərini gətirən təyyarə Amerikadan uçub.

SaharAzeri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu xəbəri bu gün öz instaqram səhifəsində verib.

2019-cu ilin noyabrında Ohayo universitetindəki universitet fəaliyyətlərilə bağlı ticarət sirlərini oğurlamaq ittihamından bəraət qazanan materialşünaslıq üzrə mühəndis, 59 yaşlı müəllim Sirus Əskəri, vizasının Amerikanın miqrasiya idarəsi tərəfindən ləğv edilməsinə görə, həbs olunmuşdu.